Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Məqsədimiz gənclərimizi maarifləndirməkdir



Şamaxı rayon Texniki Humanitar Təmayüllü liseydə ilk dəfə olaraq "İdmanda olan azarkeşlər" layihəsi həyata keçirilib.

Layihə 7b sinfinin şagirdləri arasında daha həvəslə qarşılanıb. Onların əsas marağı futbola olduğundan "Qarabağ" və "Qəbələ" komandalarının adları azarkeş kimi çəkilib.

Layihənin əsas məqsədi isə azarkeşlərin davranış və təhlükəsizlik qaydalarına riayət etməsini gündəmə gətirmək olub.

Liseyin direktoru Günel Əskərova:

- Tələbələrin idmana olan marağını biz pedaqoqlar olaraq dəstəkləməliyik. Sağlam şagird bizim əsas aparıcı qüvəmizdir. Bütün yarışlarda normal azarkeş kütləsi komandanı ruhlandıran əsas amildir. Bəs bu kütlənin idarə olunması üçün nə etmək? Bax, elə bizim bu layihəmizin məqsədi də bu sahədə gənclərimizi maarifləndirməkdən ibarətdir. Bizim liseyin zəngin idman tarixi var. Hazırda bizdə respublika çempionu, hətta rayonumuzda ilk dəfə olaraq güllə atıcılığı üzrə respublika çempionu da var. Liseyimizin şagirdləri müxtəlif yarışlarda uğurla çıxış edib medal qazanırlar. Fikrimcə, idmançı ilə azarkeş normal idman ab-havasını formalaşdırır.


Facebook-da paylaş