Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Həyəcanla komandanın növbəti oyunlarını gözləyirəm”



“Real”ın Braziliyanın “Flamenqo” klubundan transfer etdiyi Junior Vinisius İspaniya mətbuatına açıqlama verib.

18 yaşlı futbolçu “kral klubu”na uyğunlaşmasında Marselo və Kasemironun böyük rolu olduğunu deyib:

“Kasemiro və Marselo komandaya uyğunlaşmağıma çox kömək etdilər. Ailəm də daxil, heç kəs bu qədər tez bir zamanda komandaya uyğunlaşacağımı gözləmirdi.

“Real”a transfer olduqdan sonra “Kastilya”da oynamaq mənim üçün faydalı oldu. Madriddəki həyata uyğunlaşmağımda bu komandanın da rolu böyükdür. İndi həyəcanla komandanın növbəti oyunlarını gözləyirəm”.

Vinisius cari mövsümdə “Real” formasıyla 5 oyunda iştirak edərək, 4 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş