Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qısa müddətdə uğurlıu nəticə



9-11 noyabr 2018-ci il tarixlərində Gürcüstanda qaydasız döyüşün bir neçə versiyası üzrə dünya çempionatı keçirilib.

Çempionatda 15 ölkədən artıq - Azərbaycan, Rusiya, Gürcüstan, İran, Ermənistan və s. komandalar iştirak edib. Yarışda ölkəmizi Şamaxı rayonundan "Shamakhi Fight Club"un iki idmançısı Natiq Əliyev və İbad Allahquluzadə, eləcə də müəllim Orxan Hacıyev grappling növü üzrə iştirak edib.

İbad Allahquluzadə 60 kq çəki dərəcəsində dörd rəqibin tam üstünlüklə qalib gələrək dünya çempionu adını qazanıb. Qeyd edək ki, İbad yarımfinal mərhələsində erməni idmançısına 6-0 qalib gələrək finala yüksəlib və finalda gürcü idmançısını məğlub edib.

Natiq Əliyev 50 kq çəki dərəcəsində iki rəqibi məğlub edərək finala yüksəlib və orda azərbaycanlı idmançıya məğlub olaraq ikinci yeri tutub.

Orxan Hacıyev də eyni nəticəni təkrarlayıb. Beləə ki, o, 67 kq çəki dərəcəsində iki görüş keçirib. İranlı idmançıya qalib gələrək finala yüksəlib. Finalda isə gürcü idmançısına mğlub olaraq ikinci yerlə kifayətlənib.

Nəzərinizə çatdıraq ki, "Shamakhi Fight Club"u 11 aydır ki, fəaliyyət göstərir. Qısa müddətdə fəaliyyət göstərdiyini nəzərə alsaq, əldə edilən nəticəni uğrlu saymaq olar. Ümid edirik ki, bu cür uğurların davamı olacaq.







Facebook-da paylaş

Xəbəri paylaş