Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Rusiya bir ilimi məndən aldı" - "Barselona"nın sabiq futbolçusu



"Rubin"lə müqavilə imzaladıqdan sonra mənə yeni ev alacaqlarını dedilər. Aylar keçmişdi, ancaq hələ də bir evim yox idi. Məni otelə yerləşdirmişdilər. Ev tikilir demişdilər, işləyənlərlə danışdıqda isə onlar bir məlumatlarının olmadığını dedilər. Evsiz qalmışdım".

Bu sözləri hazırda İsveçrənin "Sion” klubunda çıxış edən Aleks Sonq deyib.

Sabiq "Barselona"lı futbolçu Kazanda olduğu vaxt özünü öldürmək istədiyini bildirib: "Rusiyada yaxşı restoranlar var idi. Lakin orda bir dostum yox idi. Yeməyi tək yeyirdim. Özümü çox yalnız hiss edirdim. Artıq başımı itirirdim. Sıxıntıdan özümü öldürəcəkdim. Bütün günü telefonla oynayırdım. Bir anda "Rubin” məvacibi çox olan futbolçularla yollarını ayırdı. Pullarını ödəyəcəklərini dedilər, ancaq ödəmədilər. Londonda banka borcum var idi. Bank pulunu istəyirdi, lakin verə bilmirdim. Çox çətin günlər idi. Sonra "Rubin”dən pulumu aldım və Avropaya qayıtdım. Ordan getdiyim üçün çox xoşbəxtəm. Rusiya bir ilimi məndən aldı”.


Facebook-da paylaş

Xəbəri paylaş