Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ADPU-da növbəti idman yarışı



Azərbaycan Dövlət Pedaqoji Universiteti öz idman adət ənənələri ilə məhşurdur. Burada idmana olan xüsusi diqqət gənclərimizin sağlam əhval-rihiyyədə inkişaf etməsi daim diqqət mərkəzində olub.

Bu günlərdə universitetdə növbəti idman tədbiri baş tutub. Belə ki, ADPU-nun tələbə qızları arasında voleybol yarışları keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, universitetlə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə oktyabrın ayının 31-dən ADPU-nun qızlardan ibarət 8 komandası arasında olimpiya idman növü olan voleybol üzrə yarış təşkil olunub.

Yarışda “A” və “B” 2 qrupları arasında ilkin mərhələ oyunları noyabrın 6-na kimi davam edib. Noyabrın 12-də isə final oyunu baş tutub.

Yarışın finalında musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsi ilə fizika və texnologiya fakültəsi, III yer uğrunda isə kimya və biologiya fakültəsi ilə riyaziyyat və informatika fakültəsi arasında mübarizə gedib.

Yarışın final mərhələsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov da izləyib. Yekunda musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin komandası I yeri, fizika və texnologiya fakültəsinin komandası II yeri, riyaziyyat və informatika fakültəsinin komandası isə III yeri tutub.

Yarışın qalib komandasına kubok təqdim olunub. İdmançılar isə diplom və medallara təltif olunub.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi










Facebook-da paylaş

Xəbəri paylaş