Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Dembele “Barselona”da qalır

Dembele “Barselona”da qalır

“Barselona”nın futbolçusu Osman Dembelenin meneceri fransız futbolçunun komandadan ayrılacağı haqda iddiaları təkzib edib.

İspaniya mətbuatına danışan menecer, Dembelenin Kataloniya klubunda qalacağını deyib:

“Dembele pis oyun sərgiləmir. Mövsümə uğurlu başlayıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Bunu pis saymaq düzgün olmaz. Dünyanın ən böyük klubundadır və bundan məmnundur.

Dembele ona qarşı olan tənqidləri bilir. Bunun ən gözəl cavabını isə meydanda verməyi bacarır. Onun hələ 21 yaşı var. Gələcəkdə daha da inkişaf edəcək. Özünü günü-gündən təkmilləşdirir.

Onun komandadan ayrılacağı haqda xəbərlər tamamilə əsassızdır. O, “Barsa”da qalacaq”.

İspaniya mətbuatı Dembelenin oyun praktikasının az olmasına görə "Barselona"dan ayrılacağını iddia edirdi.


Facebook-da paylaş