Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Orta məktəbdə rayondaxili basketbol turniri



Xətai rayonunda “Məktəblər arasında respublika çempionatı” çərçivəsində basketbol (oğlanlar) idman növü üzrə rayondaxili mərhələ yekunlaşıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində Xətai rayon 264 №li tam orta məktəbdə basketbol idman növü üzrə rayondaxili mərhələ keçirilmişdir.

Yarışda rayonun 31 orta ümumtəhsil müəssisəsi iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri 269 №-li tam orta məktəbin komandası, II yeri 221 №-li tam orta məktəbin komandası, III yeri 17 №-li tam orta məktəbin komandası tutmuşdur. Respublika çempionu olan basketbol komandası Yunanıstanın Heraklion şəhərlərində keçiriləcək məktəblilərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının adiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş