Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qafqaz-Arena" İdman Klubunun açıq birinçiliyi keçirilib



Şağan Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə "Qafqaz-Arena" İdman Klubunun açıq birinçiliyi keçirilib. Yarışda 2006-2007, 2008-2010 təvəllüdlü idmançılar iştirak ediblər. 2006-2007-ci il təvəllüdlülərdə 27 kq çəki dərəcəsindən başlayaraq 50 kq kimi, 2008-2010-ci il təvəllüdlülərdə isə 21 kq dərəcəsindən başlayaraq 46 kq-a kimi çəkilərdə öz güclərini sınayıblar.

Yarışda 25 komandadan 370 cüdoçu iştirak edib.

Yarış "Qafqaz -Arena" İdman Klubu, Gənclər və İdman Nazirliyi və Cüdo Federasiyası tərəfindən təşkil olunmuşdur.

Yarışın mükafatçıları "Qafqaz-Arena" İdman Klubunun diplom və medalları ilə təltif olunublar.

Yarışın nəticələrinə görə "Qəbələ" İK I yer, Sumqayıt İK II yer və "Aura" İK III yerə layiq görülüblər.

Qeyd edək ki, turinrdə "Neftçi" İK, "Dinamo" İK, "Atilla" İK, "Hədəf" İK, Nizami rayon 13 saylı UGİM, "Evo" İK, "Zakatala" İK, "Xəzri" İK, "Qarabağ" İK, "Konokan TT" kimi komandalar iştirak ediblər.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş