Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Ekstremal idman yarışı üzrə rayon birinciliyi keçirilib



Naxçıvan Muxtar Respublikası Babək rayonunun Heydər Əliyev prospektində rayon tam orta məktəblərinin şagirdləri arasında “9 noyabr-Bayraq Günü”nə həsr olunmuş ekstremal idman yarışı üzrə rayon birinciliyi keçirilib.

Babək Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Babək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 10 məktəbdən 60 şagird iştirak edib.

Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Babək Rayon Bölməsinin nümayəndəsi Vəliqulu Həsənov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, hava və ekstremal idman növlərinin inkişaf etdirilməsindən, gənclərin ekstremal idman növlərinə marağının artırılması üçün məqsədyönlü proqramların həyata keçirilməsindən bəhs edib və idmançılara uğurlar arzulayıblar.

Yarış əsasnaməyə uyğun olaraq 3000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Vayxır kənd tam orta məktəbin şagirdləri Samurad Məmmədov I, Hüseyn Allahverdiyev II, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Yaqub Hacıyev III yerin, qızlar arasında isə Vayxır kənd tam orta məktəbin şagirdləri Şəlalə Cəfərli və Aysel Cəfərova, Hacıvar kənd tam orta məktəbin şagirdi Qumral Vəlizadə isə ardıcıl olaraq ilk üç yerin qalibi olublar.

Yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi





Facebook-da paylaş