Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağcabədidə zona birinciliyi keçirilib



24-26 oktyabr 2018-ci il tarixləri arasında Ağcabədi rayonunda oğlan və qızlar arasında cüdo üzrə Aran Qarabağ bölgəsinin zona birinciliyi keçirilib.

Ağcabədi Olimpiya İdman Kompleksində keçirilmiş zona birinciliyinin açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin əməkdaşları da iştirak edib.

Birincilik gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Yekunda mükafatçılara diplomlar, medallar və hədiyyələr təqdim olunub.

Əliqasım Məmmədov
ADPU II kurs tələbəsi




Facebook-da paylaş

Xəbəri paylaş