Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qvardiola: "Messi rəqabətcil bir heyvandır"



“Barselona”nın keçmiş baş məşqçisi Pep Qvardiola Kataloniya klubunda tətbiq etdiyi sistem və Lionel Messi haqqında açıqlamalar verib.

İspaniya mətbuatının xəbərinə görə, 47 yaşlı mütəxəssis "tiki-taka" oyun sistemini sevmədiyini deyib:

“Tiki-taka"nı sevmirəm. Oynanması gözəl kimi görünür, amma elə deyil. Vacib olan, təzyiq yaradaraq rəqibi istədiyin yerə yönləndirməkdir. Bunu həyatda bir mərhələdə bacara bilərsiz. Biz bunu yaşadığımız üçün şanslıyıq. Dünyanı məğlub etmək istədik və bunu bacardıq. O komandanın gücü sabit idi, futbol oynamağı sevirdilər”.

“Barselona”da rəhbərliyi altında oynamış Lionel Messi haqqında danışan ispan mütəxəssis, “Messi rəqabətcil bir heyvandır. Digərlərinin də rəqabət aparmasına kömək edir. Məğlub olmaqdan nifrət edir və uşaq kimi oynayır. Komanda ona kömək edəndə, o da qol vurur” deyib.

Qvardiola 2008-2012-ci illlərdə “Barselona”nın “sükanı arxasında” olub.


Facebook-da paylaş

Xəbəri paylaş