Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Valbuena da "Fənərbaxça"dan göndərilir



"Fənərbaxça"da Volkan Demirəl, Aatıf və Nabil Dirarın heyətdən kənarlaşdırılmasından sonra daha bir futbolçunun başının üstünü qara buludlar alıb.

Mövsümün sonunda komandadan ayrılması tələb olunan, klub direktoru Damyen Komolli və baş məşqçi Filip Koku ilə soyuq münasibətdə olan Valbuena da gündəmə gəlib. Kokunun sisteminə uyğun gəlməyən 34 yaşlı futbolçunun komandada heç də xoşbəxt olmadığı bildirilir.

Bu üzdən yanvarda onun da "Fənərbaxça"dan ayrılacağı gözlənilir.


Facebook-da paylaş

Xəbəri paylaş