Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daha bir ulduz "Arsenal"dan gedir

Daha bir ulduz "Arsenal"dan gedir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Aaron Remsi bu mövsümün sonu azad agent kimi London klubunu tərk edəcək.

Britaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü bildirib. O, klubunun bu qərarı verdiyini deyib: "Mövsümün sonuna kimi "Arsenal"da qalacam. Çünki müqaviləmin müddəti davam edir. Burada hər şey əla idi. Biz düşünürdük ki, yeni müqavilə ilə bağlı razılıq olacaq. Amma belə olmadı. Bu qərarı klub verdi. Futbolda hər şey olur. Mövsümün sonuna kimi klubuma kömək etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, A.Remsi 2008-ci ildən "Arsenal"da oynayır.


Facebook-da paylaş

Xəbəri paylaş