Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cavad Ağayev növbəti qələbəsini qazandı



Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Bu il dünya çempionu adını qazanan idmançımız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda isə Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

Bu münasibətlə Cavad Ağayevi, baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayevi, böyük məşqçi Zahid Məmmədovu və Cavadın şəxsi məşqçisi Samir Aydınovu təbrik edirik.

Alxas








Facebook-da paylaş

Xəbəri paylaş