Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi yenə də yığmaya dəvət almadı



"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə Argentina millisinə çağırılmayıb.

Xarici KİV-nin yaydığı xəbərə görə, yığmanın müvəqqəti baş məşqçisi Lionel Skaloni onu oktyabrda keçiriləcək yoxlama görüşləri üçün yığmaya dəvət etməyib.

Qeyd edək ki, L.Messi bu ay keçirilən görüşlər üçün də milliyə çağırılmamışdı. Argentina mətbuatının iddiasına görə, Messi DÇ-2018-dən sonra milli karyerasına fasilə verdiyi üçün ona dəvət göndərilməməsini xahiş edib.

Xatırladaq ki, Argentina oktyabrın 11-i İraqla, 5 gün sonra isə Braziliya ilə yoxlama görüşü keçirəcək.



Facebook-da paylaş

Xəbəri paylaş