Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şamaxıda uşaqlar arasında "Qəbələ" FK-ya seçim edildi



Bu günlərdə Şamaxı şəhərində "Qəbələ" Futbol Klubuna uşaqların seçim yarışması keçirilib. Rayonu əhatə edən tədbirdə Şamaxı Texniki Humanitar Təmayüllü Liseyin uşaqları arasında da seçim edilib.

Liseyin tələbələridən Kərim Adilov, Fərid Etibarov, Sahil Həsənov, Elcan Adilov, Cabir Həsənov və Nurlan Hüseyinli "Qəbələ" Futbol Klubunu seçmə mərhələsindən uğurla keçərək Şamaxı U-14 futbol komandasına qəbul olunmuşlar.

Liseyin direktor əvəzi Arif Hacıyev bu haqda bizimlə fikirlərini bölüşdü:

- Bu, bizim üçün əsl uğurdur. Cari tədris ili bu idman uğuru ilə başladısa, deməli, idman sahəsində gördüyümüz işlər düzgün istiqamətdədir. Uşaqlarımızın bu seçimdə uğur qazanması bütün liseyimizin uğuru hesab edə bilərik. İnanram ki, akademiyanın mütəxəssisi Əli müəllimin rayonumuza ezam olunması və onun işgüzar fəaliyyəti yaxınlarda öz bəhrəsinu verəcəkdir. Hətta komandamız bu yaxınlarda liqa oyunlarına da qatılacaqlar. Biz də çalışacağıq ki, əlimizdən gələn dəstəyi onlara verə bilək.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş