Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Üçqat dünya çempionumuz: "Heç bir rəqibdən çəkinmirəm"



Olimpiya Güləş Mərkəzində keçirilən açıq məşq zamanı sərbəst güləş yığmamızın aparıcı üzvlərindən Hacı Əliyev də jurnalistlərin suallarını cavablandırıb.

Üçqat dünya çempionunun hədəfi dəyişilməz qalır: “Gördüyünüz kimi, hazırlığımız davam edir. Bu il ərzində 6, ya 7-ci təlim-məşq toplanışımızı keçirik. Bir neçə gün sonra Belarusa yollanacağıq. Orada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Ancaq əsas hədəfimiz oktyabrın axırlarında keçiriləcək dünya çempionatıdır. 4-cü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kq-da iştirak edirdim. İndi isə 65 kq-da güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum”.

Titullu pəhləvanımız heç bir rəqibdən çəkinmədiyini də deyib: “Bütün rus güləşçiləri güclüdür. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçiylə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Nəyisə gizlətməyə ehtiyac yoxdur. Əksinə, məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.


Facebook-da paylaş