Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şmeyxel Mourinyonu müdafiə etdi

Şmeyxel Mourinyonu müdafiə etdi

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel klubdakı vəziyyəti müzakirə olunan Joze Mourinyo haqqında danışıb.

İngiltərə mətbuatı xəbər verir ki, danimarkalı keçmiş futbolçu portuqaliyalı mütəxəssisə inandığını bildirib:

“Mourinyo “Real” və “İnter” kimi klublarda işləyib, “Çelsi” ilə üç dəfə Premyer Liqa çempionluğunu yaşadı, “Portu”ya Çempionlar Liqasının kubokunu qazandırdı. O, futbol üçün çox şey edib, ancaq “Mançester Yunayted” fərqli bir səviyyədir, böyük tarixə malikdir. Ötən mövsüm liqanı ikinci yerdə bitirdilər, bu mövsüm Çempionlar Liqasında oynayacaqlar. Mourinyoya sadəcə, vaxt verilməlidir. O, “Mançester Yunayted”i yenidən çempion edə bilər”.

Premyer Liqanın son turunda “Liverpul”un qapıçısı Alisson Bekkerin etdiyi səhv haqqında da danışan Şmeyxel, “Hazırda baş məşqçilər ayaqla yaxşı oynayan futbolçular axtarırlar. Lakin hər futbolçu top itkisi ilə üzləşə bilər. Bunu normal qarşılayıram. Artıq Alisson təzyiq altında olacaq, mətbuat etdiyi hər hərəkəti müzakirə edəcək. Onun buna necə reaksiya verəcəyi vacibdir” deyib.


Facebook-da paylaş

Xəbəri paylaş