Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kurtuadan “Çelsi” və “Real” müqayisəsi

Kurtuadan “Çelsi” və “Real” müqayisəsi

Bu yay “Çelsi”dən “Real”a transfer olunan Tibo Kurtua iki klubu müqayisə edib.

Belçika mətbuatı xəbər verir ki, qapıçı “kral klubu”nu “zadəganlar”dan daha səviyyəli hesab edir:

“Real”da keçirdiyim məşqlərdə gördüm ki, səviyyə çox yüksəkdir. Sadəcə, məşqlərdə gördüyüm qədəriylə deyə bilərəm ki, Serxio Ramos dünyanın ən yaxşı müdafiəçisidir. “Real” “Çelsi”dən daha böyük klubdur”.

Belçikalı qapıçı iki klubun stadionunu da müqayisə edib:

“Santyaqo Bernabeu” “Stemford Bric”in iki qatı qədər böyükdür. Qapı arxasındakı tribunaya baxdıqda, bütöv ağ divar göy üzünə qədər uzanır. “Stemford Bric”də isə tribunanın üstündə otel görünürdü”.


Facebook-da paylaş

Xəbəri paylaş