Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdmançımız atçılıq üzrə beynəlxalq turnirdə birinci yerin və kubokun sahibi oldu



Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş atçılığın konkur növü üzrə “CSI1*-W” kateqoriyalı beynəlxalq turnir başa çatıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin final mərhələsində maneələrin hündürlüyü 140-160 santimetr olan yarışda idmançımız Seyid Musayev “Concorde 57” ləqəbli atla birinci yerin və kubokun sahibi olub.

Digər təmsilçimiz Yahor Morotski isə “Astrello” ləqəbli atla ikinci yeri qazanıb. Gürcüstan idmançısı Şalva Qaçeçiladze isə üçüncü yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş