Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA prezidenti: "Videotəkrardan istifadə etmək niyyətimiz yoxdu"



UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasında videotəkrardan mümkün istifadə haqda danışıb.

Qitə futbol qurumunun başqanı Avropa mətbuatında ÇL-in 1/4 final mərhələsindən etibarən sözügedən sistemin tətbiq ediləcəyi ilə bağlı yayılan informasiyaları yalanlayıb.

BrendSport.az-ın məlumatına görə, "Ekip”ə açıqlama verən Çeferin belə deyib:

"Bilmirəm, bu məlumatlar hardan qaynaqlanır. Videotəkrardan yararlanmaq niyyətində deyilik. Düzü, bunun effekt verəcəyinə özüm də inanmıram. Məsələn, mübahisəli epizoda kimin baxmalı olduğu hələ də müzakirə mövzusudu. Bəziləri baş hakimin özünün, başqaları videoassistentin nəzarətini vacib sayır. Buna bənzər başqa məqamlar da var. Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniridi. Gələcəkdə mübahisə doğuran məqamlar aradan qalxsa, mövzuya yenidən qayıtmaq olar. Bu gün üçün videotəkrardan istifadə etmək niyyətimiz yoxdu”.


Facebook-da paylaş

Xəbəri paylaş