Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mançester Yunayted"də yeni "10 nömrə"



"Mançester Yunayted"in yeni "10 nömrə"si müəyyənləşib. Sonuncu dəfə Zlatan İbrahimoviçin daşıdığı bu formanı klubun aşağı yaş qruplarında yetişən və aparıcı futbolçularından olan Markus Reşford geyəcək. Bu da futbolçunu yeni mövsümdən etibarən fərqli məsuliyyətin gözlədiyi anlamına gəlir.

Bununla bağlı komandanın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Mourinyo klub televeziyasına açıqlamasında "Markus həmişə bu formanı istəyirdi. Təbii olaraq o, Ueyn Runi, Zlatan İbrahimoviçdən sonra bu formanı gözləyirdi. İndi "10 nömrə" boşa çıxdı və o da fürsət əldə etdi. Bunun Reşfordun adına fanatastik bir şey olduğunu düşünürəm" sözlərini işlədib.

Bununla da Reşford Devid Bekhemdən sonra "Mançester Yunayted"in aşağı yaşç qruplarında yetişib sözügedən formanı geyən ilk futbolçu olacaq. 1996/97 mövsümündə "10" nömrəli forma ilə mübarizə aparan Bekhem sonradan özü ilə uyğunlaşan "7" nömrəli formanı əyninə keçirmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş