Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bir vaxtlar "Beşiktaş"dan imtina edən futbolçu "Göztəpə"də



Türkiyənin "Göztəpə" klubu Almaniya millisinin sabiq üzvü Mario Qomesi transfer edir.

İzmir klubu hazırda "Ştutqart"da çıxış edən 33 yaşlı ulduzun keçidini qısa müddətdə həll etmək niyyətindədi. Məlumata görə, "Göztəpə" Qomesə illik 1,5 milyon avro təklif edib. Alman futbolçunun yenidən Türkiyədə çıxış etmək istədiyi bildirilir.

Qeyd edək ki, karyerası ərzində "Ştutqart", "Bavariya", "Fiorentina" və "Volfsburq"da çıxış edən Qomes 2015/16 mövsümündə "Beşiktaş"ın formasını geyinib. O vaxtlar Türkiyədə baş verən siyasi olaylar səbəbindən bu ölkədə təhlükəsizliyinin təminatının olmamasını əsas gətirərərk türk klubundan ayrılmışdı.

O, indiyədək Almaniya millisində 78 oyun keçirərək 31 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş