Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qazaxda şotakan karate-do üzrə açıq rayon turniri keçirilib

Qazaxda şotakan karate-do üzrə açıq rayon turniri keçirilib

Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin təsdiqlənmiş “Tədbirlər planı”na uyğun olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə şotakan karate-do idman növü üzrə açıq rayon turniri keçirilib.

Yeniyetmə və gənclər arasında təşkil olunmuş turnirdə Gəncə şəhər, Bərdə, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan idmançılar güclərini sınayıblar.

22 iyul tarixində Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə 10 komandadan 130 nəfərədək idmançı iştirak edib.

I, II, III yeri tutmuş idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və medallarla təltif olunub. (goyezen.az)









Facebook-da paylaş

Xəbəri paylaş