Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azarkeşlərin sevimlisi İnyesta millidən getdi



Daha bir ulduz futbolçu milli karyerasını başa vurub. Andres İnyesta dünya çempionatının 1/8 finalında Rusiyaya uduzduqları oyundan sonra İspaniya millisindəki çıxışını başa vurduğunu açıqlayıb.

O, yığmadakı son matçında sonradan meydana çıxıb və penalti seriyası zananı topu qapıdan keçirib. Oyundan sonra açıqlama verən İnyesta "Bu mənim milli komandada son oyunum idi. Karyeramı möhtəşəm səhnədə başa vurdum. Amma sonluq gözlədiyim kimi olmadı" deyib.

Qeyd edək ki, 1996-2018-ci illərdə "Barselona"da çızış edən İnyesta bu ilin əvvəlində Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunub. O, 2006-2018-ci illərdə İspaniyanın A millisində 131 oyun keçirərək 13 qol vurub. 34 yaşlı yarımmüdafiəçi 2010-cu ildə dünya, 2008-2012-ci illərdə Avropa çempionu olub. İnyesta həmçinin 2001-ci ildə İspaniyanın U-17, 2002-ci ildə U-19 yığmaları ilə Avropa çempionluğunu qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş