Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qrizmann "Atletiko" ilə müqavilə yenilədi

Qrizmann "Atletiko" ilə müqavilə yenilədi

Fransa yığmasının üzvü Antuan Qrizmann formasını geydiyi "Atletiko" ilə müqaviləsini uzadıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Yeni sözləşmə dünya çempionatı ilə əlaqədar Rusiyada olan Fransa yığmasının Moskvadakı düşərgəsində imzalanıb. Bununla əlaqədar Madrid təmsilçisinin icraçı direktoru və əsas səhmdarı Migel Anxel Xil Rusiyaya gəlib. O, Lukas Ernandes və Toma Lemarla da görüşüb.

Hücumçu Qrizmann ilə 2023-cü ilədək, müdafiəçi Ernandes ilə 2024-cü ilədək anlaşma əldə olunub. Xil Fransa "Monako"sundan alınan yarımmüdafiəçi Lemarla da razılığa gəlib. Futbolçu transferinin tam rəsmiləşməsi üçün yeni klubunda tibbi baxışdan keçməlidi.

Qrizmann karyerasını "Atletiko"da davam etdirəcəyini iyunun 14-də açıqlayıb. Onun keçid qiyməti 100 milyon avro təşkil etdiyi üçün "Barselona"ya transferi baş tutmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş