Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Respublika gününə həsr olunmuş hərbi idman oyunları



Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 28 May - Respublika gününə həsr olunmuş hərbi idman oyunları keçirilmişdir.

Xəzər rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışa start verilmədən öncə çıxış edən xüsusi məktəbin rəisi polkovnik Mehman Hüseynov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev yarış iştirakçılarını bayram münasibətilə təbrik edib, uğurlar arzulayıblar.

Daha sonra yarışlara start verilib. Yarışın sonunda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəhbərliyi tərəfindən Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tədbirdə birgə əməkdaşlığa görə Fəxri fərmanla təltif olunmuşdur.

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş