Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” Ramosun transferini tamamlayır



“Qremio”nun yarımmüdafiəçisi Artur Ramosun “Barselona”ya keçəcəyi vaxt bəlli olub.

İspaniya mətbuatının yaydığı xəbərə görə, braziliyalı futbolçu qarşıdakı qış transfer pəncərəsində Kataloniya klubu ilə müqavilə bağlayacaq. İddiaya görə, “Barselona” artıq qarşı tərəfə 5 milyon avro avans verib. Mövsümün sonunda 11, qışda isə daha 15 milyon ödəniləcək ki, bu da ümumilikdə 30 milyon avro edir.

Qeyd edək ki, daha öncə Arturun yayda “Barselona”ya transfer olunacağı bildirilmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş