Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Əgər İnyesta bizim kluba gəlsə... Amma bu da həqiqəti əks etdirmir”



Yaponiyanın “Vissel Kobe” klubunun idman direktoru Açuxiro Miura “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xarici mətbuatın yaydığı xəbərə görə, o, məlumatı təkzib edib. Klub rəsmisi bildirib ki, İnyestaya illik 30 milyon avro verəcəkləri ilə bağlı söz-söhbət həqiqəti əks etdirmir:

“Transfer xəbərinə görə çaş-baş qalmışam. Çünki bu barədə heç nə eşitməmişəm Açığı, məbləğ mənə inandırıcı gəlmir, yalandır. Əgər İnyesta bizim kluba gəlsə, bu, həqiqətən inanılmaz olacaq. Amma bu da həqiqəti əks etdirmir”.

Qeyd edək ki, 2 gün öncə İnyestanın “Vissel Kobe” ilə 3 illik müqavilə bağladığı və yeni klubunda ilinə 30 milyon avro qazanacağı ilə bağlı xəbər yayılmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş