Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu



Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan bu ölkənin çempionatında uğurla çıxış ediblər.

BrendSport.az saytı xəbər verir ki, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.

Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.

Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.



Facebook-da paylaş