Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona" 17 yaşlı hücumçu transfer edir



Daha bir gənc braziliyalı futbolçu "Barselona"nın radarına düşüb. BrendSport.az xəbər verir ki, katalonlar "Santos"un şərəfini qoruyan Rodriqo Silva de Qoislə maraqlanmağa başlayıb. 17 yaşlı hücumçunun atası "Barselona" ilə danışıqlar aparmaq üçün İspaniyaya gəlib.

Futbolçunu yaxından izləyən klub nümayəndələri onu istedadlı oyunçulardan hesab etməklə yanaşı, Neymarla da müqayisə edirlər. Onun klubu ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Gənc futbolçunu heyətinə qatmaq istəyən komanda ən azı 50 milyon avro ödəməlidir.

Rodriqo Silva de Qois əsas komandada 7 oyun keçirib və 2 qola imza atıb. O, 17 yaşadək futbolçulardan ibarət Braziliya millisində 4 oyunda 3 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş