Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağsuda futbol üzrə rayon birinciliyi keçirilib



Ağsu rayon Gənclər və İdman İdarəsinin, Ağsu rayon Təhsil şöbəsi və Ağsu UGİŞM ilə birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 26 aprel 2018-ci il tarixində Ağsu şəhər stadionunda ümumtəhsil tam orta məktəb komandaları arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə I yerə M.İsmiyev adına Ərəbuşağı kənt tam orta məktəbin, II yerə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin, III yerlərə isə Pirhəsənli kənd tam orta məktəbin və şəhər 3 saylı tam orta məktəbin komandaları layiq görülüblər.qalib komandalara Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olundu.Bundan əlavə olaraq S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin şagirdi yarış zamanı ən çox qol (13 top) vurduğuna görə Əlman Dursunəliyev və ən yaxşı oyun nümayiş etdirdiyinə görə isə M.İsmiyev adına Ərəbuşağı kənt tam orta məktəbin şagirdi Vüqar Gözəlov diplomlarla təltif olundular.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş