Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnir



Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında aprel şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun boks üzrə açıq çempionatı keçirilib.

DGK İSM “Gömrükçü” İK-dan BrendSport.az saytına verilən məlumata görə, yarışda “Gömrükçü”İK ilə yanaşı, “Sərhədçi”İOM, “Cənub”İK, “Yardımlı-Viləş”, “Astara”İK, “Çempion”İK-dan 95 idmançı mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən “Gömrükçü”İK-nın direktoru Ramil Məmmədov və “Gömrükçü” İK-nın boks üzrə məşqçisi Samir Həsənov vurğulayıblar ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Bildirilib ki, Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar.

Aprel şəhidlərinini xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş