Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımızın Antalya zəfəri



Azərbaycan cüdoçuları Antalyada 1 qızıl və 2 bürünc medal qazandılar. Zelim Kotsoyev çempion oldu, Məmmədəli Mehdiyev və Tural Səfquliyev 3-cü yeri tutdu. Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Qran Pri" turnirinin sonuncu günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından BrendSport.az saytına verilən məlumata görə, beynəlxalq yarışda 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Finala qədər Koreya, Özbəkistan, İrlandiya və Rusiya təmsilçisini məğlub edən cüdoçumuz həlledici görüşdə Rusiya millisinin erməni əsilli üzvü Arman Adamyanla qarşılaşıb. Rəqibi üzərində inamlı qələbə qazanan Zelim Antalya turnirinin çempionu olub. Milli komandamızın daha iki üzvü beynəlxalq yarışın sonuncu günü medal qazanıb.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev və Tural Səfquliyev bürünc medala layiq görülüb. Qeyd edək ki, beynəlxal turnirdə 50 ölkədən 316 cüdoçu mübarizə aparıb və yarışın ikinci günü Hidayət Heydərov millimizin aktivinə bürünc medal yazdırıb.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş