Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tanınmış pedaqoq və bədən tərbiyəsi müəllimi

Tanınmış pedaqoq və bədən tərbiyəsi müəllimi

Əliməhəmməd Etibarov Şamaxı Texniki Humanitar Təbiət Fənləri Təmayüllü İnternat Tipli Liseyin müəllimidir. Rayonda tanınmış pedaqoq və bədən tərbiyəsi müəllimidir və 27 illik pedaqoji fəaliyyəti var.

Futbol, voleybol, basketbol, tennis idman növləri üzrə təşkil etdiyi komandaları rayon səviyyəli yarışların qalibi olub. Eyni zamanda Əliməhəmməd müəllimin voleybol komandası "Bayraq" kubokunun sahibi olub.

Güllə atıcılığı üzrə yetirməsi Şamaxı rayonunda ilk dəfə olaraq respublika çempionatında iştirak edib və mükafatlara layiq yer tutub.

Əldə etdiyi nailiyyətlərə görə, Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanla ilə təltif olunub.

"Qarabağ", "Aprel döyüşləri", "Xocalım" və "Gələcəyin əsgəriyəm" adlı vətənpərvərlik layihələrinin təşkilatçısıdır. Yüzə yaxın şeirin müəllifi olan Əliməhəmməd müəllimin yaxın zamanlarda kitabı işıq üzü görəcək.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş