Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sənin sürət formulan” şüarı altında Formula 1 (F1) çempionatı



“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Azərbaycan Avtomobil Federasiyası ilə birgə regionlarda “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula1 (F1) çempionatı keçirəcək.

"Regional İnkişaf" İctimai Birliyindən BrendSport.az saytına verilən məlumata görə, avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində keçirilən bu layihənin əsas məqsədi regionlarda gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Fevralın 19-dan martın 10-dək davam edəcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Quba-nın yuxarı sinif şagirdləri iştirak edəcəklər. "Regional İnkişaf" İctimai Birliyi olaraq layihə barədə əlavə məlumat verəcək.

Alxas




Facebook-da paylaş

Xəbəri paylaş