Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ferrari" Leklerlə müqaviləni yeniləməyə tələsmir





Formula 1-də mübarizə aparan “Ferrari”nin bu mövsüm işləri heç qaydasında getmir.
BrendSport.az xəbər verir ki, komandanın pilotlarının gələcək karyerasına mənfi təsir göstərir.

Mətbuatda Şarl Leklerlə Karlos Saynsın müqavilə məsələləri müzakirə olunur. Xüsusən də, Leklerin gələn ilin sonunda başa çatacaq müqaviləsindən sonra “Ferrari”nin hansı qərar qəbul edəcəyi maraq doğurur. Komandanın rəhbəri Frederik Vassör hələ tələsmədiklərini söyləyib: “Mövsümün sonuna qədər bu məsələni müzakirə etməyəcəyik. Hələ Şarlın gələn ilin sonuna qədər bizimlə müqaviləsi var. Danışqları tezləşdirməyə ehtiyac yoxdu. Formula 1-də komanda həmişə bir pilotun ətrafında qurulur. Son 20 ilə boylansaq görərik ki, “Ferrari” Şumaxerlə, “Mersedes” Hemiltonla, Alonso “Reno” ilə, “Red Bull” da müxtəlif dövrlərdə Fettel və Ferstappenlə uğur qazanıb. Bir sözlə, nümunələr çoxdur. Lekler bizim komandanın önəmli fiqurudur. O, bizə çox kömək edir. Onun “Ferrari”yə bağlılığına inanıram!”.


Facebook-da paylaş

Xəbəri paylaş