Əsas Səhifə > Araşdırma > Naxçıvanlı bədii gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Naxçıvanlı bədii gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər


17-01-2023, 16:46
Naxçıvanlı bədii gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Milli Gimnastika Arenasının məşq zalı bu dəfə Zirə Mədəniyyət Mərkəzi və Naxçıvan Muxtar Respublikası stadionunun bədii gimnastika bölməsinin üzvlərinin ixtiyarına verilib.

BrendSport.az
xəbər verir ki, 19 gimnastın iştirakı ilə baş tutan təlim-məşq toplanışında idmançılara təcrübəli mütəxəssislərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq, alət texnikası üzrə məşqlər keçirilir.
Bununla yanaşı, məşqçilər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.
Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzində 2015-ci, Naxçıvan Muxtar Respublikası stadionunda isə 2016-cı ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.
Geri qayıt