Əsas Səhifə > Araşdırma > FIFA prezidenti Ukraynada ölən futbolçularla bağlı başsağlığı verib

FIFA prezidenti Ukraynada ölən futbolçularla bağlı başsağlığı verib


5-03-2022, 10:00


FIFA prezidenti Canni İnfantino Ukraynda vəfat edən futbolçular - Vitali Sapilo və Dmitri Martinenko ilə bağlı başsağlığı verib.

BrendSport.az
saytı xəbər verir ki, 52 yaşlı funksioner Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkoya məktub göndərib.

İnfantino itkilərlə bağlı kədərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini və hər iki oyunçunun unudulmayacağını söyləyib.

Qeyd edək ki, Sapilo "Karpati" (Lvov), Martinenko "Qostomel" klubunda çıxış edib.
Geri qayıt