Əsas Səhifə > Araşdırma > Azərbaycan kikboksçuları Kiyevdə keçirilən beynəlxalq yarışda qızıl medal qazanıblar

Azərbaycan kikboksçuları Kiyevdə keçirilən beynəlxalq yarışda qızıl medal qazanıblar


13-12-2021, 16:52
Azərbaycan kikboksçuları Kiyevdə keçirilən beynəlxalq yarışda qızıl medal qazanıblar


Azərbaycan kikboksçuları Kiyevdə keçirilən “Wizard Open” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, Ukrayna Kikboksinq Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə yerli idmançılarla yanaşı, Azərbaycan, Türkiyə, Polşa, İsrail, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Moldova və Yunanıstan təmsilçiləri də yarışıblar. İki gün davam edən yarışlarda Azərbaycanı təmsil edən 19 idmançıdan 11-i qızıl, 3-ü gümüş, 4-ü isə bürünc medal qazanıb. Azərbaycan medal sayına görə Ukraynadan sonra ikinci yeri tutub.
İdmançılarımızdan qızıl medalları Məhəmməd İmanov, Emil Hümbətov, Xəyal Dadaşov, Amil Məmmədov, Elnur Mustafayev, Rafiq Babazadə, Amin Quliyev, Elvin Məmmədov, Rinat Qiyaslı, Qəşəm Məmmədov və Elşad Şahbazov qazanıblar. Gümüş medallara Elcan Alıkişiyev, Elməddin Baxşəliyev, Xəyal Astanov, bürünc medallara isə Vüsal Kazımov, Əli Cəfərov, Hüseyn Hacıyev, Rəvan Abdullazadə və Mirhəsən İbrahim sahib olublar.
Turnirdə idmançılarımız məşqçilər - Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş inspektoru, polkovnik-leytenant, “Ağ canavar” ləqəbli kikboksçu Eduard Məmmədovun, Cəmiyyətin məşqçisi Hikmət Hacıyevin, “Sərhədçi” İdman Kompleksinin məşqçisi, mayor Fuad Zeynalovun və Müşfiq Hüseynlinin rəhbərliyi altında mübarizə aparıblar. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətindən Aydın Ağabəyov isə yarışlarında idarə olunmasında iştirak edib.
Qaliblərin təltif olunması mərasimində beynəlxalq ekspertlər - Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko ilə yanaşı, federasiyanın azərbaycanlı vitse-prezidenti Elşad İbrahimov da iştirak edib.
Turnirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov, birinci katib Namiq Niftullayev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Radanın baş katibi Ceyhun Məmmədov və diasporumuzun üzvləri idmançılarımıza fəal dəstək veriblər.

AZƏRTAC
Geri qayıt