Əsas Səhifə > Araşdırma > "Neftçi TV" yayıma başlayır

"Neftçi TV" yayıma başlayır


20-07-2020, 11:13


"Neftçi" klubunun televiziyası bu gün yayıma başlayır.

BrendSport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək.

Hər gün saat 12:00-dan 16:00-dək "Youtube” vasitəsilə yayım olacaq.

Qeyd edək ki, "Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də "Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.
Geri qayıt