Əsas Səhifə > Araşdırma > Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib


16-07-2020, 14:14


“Give Me Sport” nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.

BrendSport.az xəbər verir ki, 726 matçda 630 qol vurmuş “Barselona”nın hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir. İkinci pillədə qərarlaşan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo 0,77 faizlik göstəriciyə malikdir. O, 812 oyunda 626 dəfə fərqlənib. 472 görüşdə 345 qol vuran “Bavariya”nın polşalı ulduzu Robert Levandovski (0,73) üçüncü sıradadır.

İlk onluqda Luis Suares, Neymar, Kilian Mbappe, Harri Keyn, Zlatan İbrahimoviç, Edinson Kavani və Rud van Nistelroy da yer alıblar.
Geri qayıt