Əsas Səhifə > Araşdırma > Lənkəran şahmatçıları Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcəklər

Lənkəran şahmatçıları Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcəklər


11-07-2020, 14:51
Lənkəran şahmatçıları Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcəklər

İyulun 12-də Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) komandası Rusiyanın Saratov komandası ilə şahmatın blits növü üzrə yoldaşlıq görüşü keçirəcək.
BrendSport.az xəbər verir ki, 16 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda hər komandanın tərkibində 6 şahmatçı mübarizə aparacaq.
“Lichess.org” platforması vasitəsilə keçiriləcək turnirdə hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 1 saniyə olacaq.


Geri qayıt