Əsas Səhifə > Araşdırma > “MotoGP” üzrə İtaliya və Kataloniya Qran-priləri təxirə salınıb

“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-priləri təxirə salınıb


9-04-2020, 12:03
“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-priləri təxirə salınıb

“MotoGP” rəhbərliyi mayın sonu və iyunun əvvəli keçirilməli olan İtaliya və Kataloniya Qran-prilərini koronavirus pandemiyasına görə təxirə salıb.
BrendSport.az xəbər verir ki, təqvimə əsasən yarışlar mayın 31-də Mucelloda, iyunun 7-də isə Barselonada keçirilməli idi.
Bir müddət əvvəl “MotoGP” rəhbərliyi Xeres (İspaniya) və Le Mandakı (Fransa) yarışları da təxirə salmışdı. Beləliklə, mövsümün ilk Qran-Prisinin iyunun 21-də Almaniyada keçiriləcəyi gözlənilir.


Geri qayıt