Əsas Səhifə > Araşdırma > "Qarabağ" Çempionlar Liqasına hazırlığın Avstriya mərhələsinə başlayır

"Qarabağ" Çempionlar Liqasına hazırlığın Avstriya mərhələsinə başlayır


18-06-2019, 15:18

Qarabağ" futbol komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanıb.

BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi xarici ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Azərbaycan çempionu ilk olaraq, iyunun 22-si Bolqarıstan “Lüdoqorets”i, daha sonra iyunun 25-də Rumıniya “Krayova”sı, iyunun 28-də Rusiya “Ufa”sı və iyulun 2-də Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv iyulun 3-də Bakıya qayıtmağı planlaşdırır.

Klub səfər öncəsi heyətinə yeni futbolçu cəlb etməsə də, bəzi legionerlərlə yollarını ayırıb.

Qeyd edək ki, bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olacaq. Oyunlar 9-10 iyulda və 16-17 iyulda keçiriləcək.
Geri qayıt