Əsas Səhifə > Araşdırma > Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər

Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər


7-03-2019, 16:21


Azərbaycan millisinin və Ağdamın “Qarabağ” klubunun hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər.

BrendSport.az Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu AEK klubunun maraq dairəsindədir.

Afina təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəsə də, tərəflər arasında müqavilə imzalanmayıb. Transferin yayda gerçəkləşəcəyi gözlənilir.
Geri qayıt