Əsas Səhifə > Araşdırma > Sabah fərqli “Qarabağ” gözləmirik - Pintu

Sabah fərqli “Qarabağ” gözləmirik - Pintu


28-11-2018, 21:00


"Sportinq"in futbolçusu Andre Pintu Avropa Liqasında "Qarabağ"la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

BrendSport.az xəbər verir ki, 29 yaşlı futbolçu sabah keçiriləcək matçla bağlı bunları deyib:

“Hazırda yaxşı vəziyyətdəyik. Bizi çətin oyun gözləyir. Qələbə növbəti mərhələni təmin edəcək. Ümid edirik ki, 6 ay sonra yenidən Bakıya qayıdacağıq.

Sabah fərqli "Qarabağ" gözləmirik. Eyni oyun fəlsəfəsiylə çıxış edən komandadır. Sürətli futbol oynamağa çalışırlar. "Qarabağ" özünə çox inamlıdır. Sabah da bu cür oyun gözləyirik.

Böyük komandayıq. Sabah oynayıb-oynamayacağım dəqiq deyil. Buna məşqçi qərar verəcək. Baş məşqçiylə qısa müddətdir ki, birgə işləyirik. Çalışırıq ki, onun ideyalarını həyata keçirək”.
Geri qayıt