Əsas Səhifə > Araşdırma > Azərbaycanlı iş adamı Türkiyədə klub satın aldı

Azərbaycanlı iş adamı Türkiyədə klub satın aldı


4-11-2018, 17:37


Azərbaycanlı iş adamı Rauf İsmayılov Türkiyədə klub sahibi olub.

Türkiyənin 2-ci liqasında “Qırmızı qrup”da mübarizə aparan “Darıca Gənclərbirliyi” klubu bütün haqları ilə birlikdə Rauf İsmayılova satılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:

“Darıca Gənclərbirliyi” bütün haqları ilə birlikdə azərbaycanlı iş adamı Rauf İsmayılova satıldı. Məsələylə bağlı gələn həftə geniş mətbuat konfransı keçiriləcək”. (Komanda.az)
Geri qayıt