Əsas Səhifə > Araşdırma > Premyer Liqanda sonuncu yerin sahibi ÇL-in qalibindən çox qazanıb -
Premyer Liqanda sonuncu yerin sahibi ÇL-in qalibindən çox qazanıb -18-05-2018, 18:00 |
İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə görə klublara ödənilən mükafatın məbləği açıqlanıb. Ən çox qazancı "Mançester Yunayted” əldə edib. Mövsümü ikinci pillədə başa vuran "qırmızı şeytanlar" 149.8 milyon funt-sterlinq qazanıb. Çempion "Mançester Siti”nin qazancı bundan 0.4 milyon funt-sterlinq az olub - 149.4 milyon funt-sterlinq. Buna səbə "şəhərlilər"in oyunlarının əzəli rəqiblərindən daha az yayımlanması olub. İlk "üçlüy”ü qapayan "Liverpul" 145.9 milyon funt-sterlinq əldə edib. Maraqlıdı ki, mövsümün yekunlarına əsasən, Premyer Liqanı tərk edəcək 3 kluba da böyük həcmdə vəsait ödənilib. Çempionatı son sırada tamamlayan "Vest Bromviç”ə 94.7 milyon verilib. 2016/17 mövsümündə Çempionlar Liqasının qalibi olan "Real" 80,9 milyon avro qazanıb. Ötən mövsüm ən çox gəliri isə finalda "Kral Klubu"na 1:4 hesabına uduzmuş İtaliya "Yuventus"u əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan "Vest Bromviç"in qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdi. 1. "Mançester Yunayted” - 149,8 milyon funt-sterlinq 2. "Mançester Siti” - 149,4 milyon funt-sterlinq 3. "Liverpul - 145,9 milyon funt-sterlinq 4. "Tottenhem” - 144,4 milyon funt-sterlinq 5. "Arsenal” - 142 milyon funt-sterlinq 6. "Çelsi” - 141,7 milyon funt-sterlinq 7. "Everton” - 128 milyon funt-sterlinq 8. "Nyukasl” - 123 milyon funt-sterlinq 9. "Börnli” - 119,8 milyon funt-sterlinq 10. "Lester” - 118 milyon funt-sterlinq 11. "Vest Hem” - 116,1 milyon funt-sterlinq 12. "Kristal Pelas” - 114,3 milyon funt-sterlinq 13. "Bornmut” -111,2 milyon funt-sterlinq 14. "Brayton” - 107,7 milyon funt-sterlinq 15. "Sautgempton” - 107,2 milyon funt-sterlinq 16. "Uotford”- 106,3 milyon funt-sterlinq 17. "Haddersfild” - 102,4 milyon funt-sterlinq 18. "Stok Siti” - 98,9 milyon funt-sterlinq 19. "Suonsi” - 98,5 milyon funt-sterlinq 20. "Vest Bromviç” - 94,7 milyon funt-sterlinq Geri qayıt |