Əsas Səhifə > Araşdırma > Azərbaycanla Gürcüstanın idman sahəsindəki əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycanla Gürcüstanın idman sahəsindəki əməkdaşlığı uğurla inkişaf edir


25-04-2023, 09:00
Azərbaycanla Gürcüstanın idman sahəsindəki əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycanda idman göstərilən dövlət qayğısı bu sahənin sürətlə inkişafına təkan verib. Azərbaycan bizim strateji tərəfdaşımızdır, əlaqələrimiz bütün sahələrdə, o cümlədən idman sahəsində uğurla inkişaf edir, daha da möhkəmlənir.

BrendSport.az
xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Qori şəhər merinin müavini, Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Tamaz Şioşvili söyləyib.
O deyib: “Biz qonşu və dost Azərbaycanda gedən prosesləri, tərəqqini maraqla izləyirik. Azərbaycanın reqbi üzrə 10-12 yaşlı idmançıların Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında onuncu beynəlxalq reqbi festivalında iştirakı dediklərimizi sübut edir”.
Onun sözlərinə görə, Azərbaycan idmançılarının Gürcüstanda keçirilən yarışlarda iştirakı ölkələrimiz arasında idman sahəsində münasibətlərin daha da inkişaf etməsinə imkan verir.
Geri qayıt